CƏMİYYƏT
Şuşada xeyli sayda silah-sursat aşkar edilib
20.05.2022 [12:41]
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyatı qurumlar tərəfindən intensiv tədbirlər yerinə yetirilir.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib. Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 “Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.06.2022 [18:07]
30.06.2022 [17:33]
01.07.2022 [14:54]
01.07.2022 [14:07]
29.06.2022 [19:32]
01.07.2022 [11:54]
08.06.2022 [16:56]
08.06.2022 [13:26]
30.06.2022 [12:30]
23.06.2022 [14:55]
29.06.2022 [15:44]
28.06.2022 [15:47]
01.07.2022 [18:09]