CƏMİYYƏT


Paytaxtda növbəti ümumşəhər daxili iməciliyi keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qərarına uyğun olaraq, yaz mövsümü ilə əlaqədar mayın 21-də Bakı şəhərinin ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son günlərdə Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilib, paytaxtımıza xarici ölkələrdən çox sayda mötəbər qonaq gəlib, eləcə də xarici turistlərin sayı xeyli artıb. Həmçinin havaların xoş keçməsi ilə əlaqədar paytaxt sakinləri kütləvi şəkildə park və istirahət yerlərinə dincəlməyə gəlirlər. Buna görə də şəhərin təmizliyi, yaşıllıqların vəziyyətinə diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir.