CƏMİYYƏT


Şəhid İsrafil Quliyevin Şuşadakı məzarı 30 ildən sonra ailəsi tərəfindən ziyarət olunub

İllərdir şəhid qəhrəmanlar haqqında çəkilişlər edən Azərbaycan Televiziyasının Qarabağ bölgəsindəki teleoperatoru Elgün Qənbərov bu dəfə 30 il əvvəl Şuşada dəfn etdikləri şəhid qardaşını lentə alıb. O, anası Fatma Qənbərova və qardaşı Elçin Qənbərovla birlikdə qardaşı İsrafil Quliyevin məzarını ziyarət edib.