Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanda çox nadir görünən heyvan aşkarlanıb

21.05.2022 [19:33]

Qazaxıstanda Qərbi Altay qoruğunun kameraları çox nadir görünən heyvanı - gəlinciyi qeydə alıb. İşçilərin sözlərinə görə, gəlinciklər Altay dağlarının yerli sakinləri olsalar da nadir hallarda görünür, insanlardan qaçırlar.