Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

22.05.2022 [13:50]

Xəbərin mətni

Türkiyədə ağır yol qəzası baş verib.Hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.