CƏMİYYƏT


Şirvanda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan iki qardaş saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mehdi Hüseynov və qardaşı, əvvəllər də narkotiklərə görə məhkum olunmuş İmanxan Hüsenov saxlanılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır