CƏMİYYƏT


Şirvanda evdən pul oğurlayan şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini M.Qasımov ona məxsus fərdi yaşayış evindən 1000 ABŞ dolları və 2000 manat pulun oğurlanması barədə məlumat verib. Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abdullayev saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır