Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

23.05.2022 [16:23]

ABŞ-ın Kolorado ştatının Blumfild şəhərində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb. Hadisənin səbəbi hələ məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.