DÜNYA


Bağdadda qum fırtınası davam edir

İraqın paytaxtında və digər əyalətlərində baş verən qum fırtınası hələ də davam edir. Qalın toz yorğanı Bağdadda yolları və binaları görünməz edib. Çox sayda insan tənəffüs çətinliyi səbəbindən xəstəxanaya yerləşdirilib. Bu fırtınanın hələ iki gün də davam edəcəyi gözlənilir.