SİYASƏT


“Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir.
Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.
Bundan başqa yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.