Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada ənənəvi yəhudi evi bərpa olunacaq

23.05.2022 [20:38]

Xəbərin mətni

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” Amerika Birləşmiş Ştatlarının, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlikdə həyata keçirilir.