DÜNYA
Türkiyədə pişik, it və sahibinə hücum edib
25.05.2022 [13:36]
Türkiyənin İstanbul şəhərində maraqlı hadisə baş verib. Səkidə yatan pişik keçidin pilləkənləri ilə çıxan itlə sahibinə hücum edib. Pişiyin itinin üstünə atıldığını görən sahibi dərhal onu qayışından tutaraq havaya qaldırıb. Bu dəfə də pişik itin sahibinə hücum edib. Qorxan və təlaşa düşən şəxs kənardakı mağazaya sığınıb.