CƏMİYYƏT


AQUPDK sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova mayın 25-də Saatlıda vətəndaşlarla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan öncə AQUPDK-nın sədri Bahar Muradova və rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Saatlı ilə yanaşı, İmişli və Sabirabad rayonundan olan sakinlər də iştirak ediblər. Görüş zamanı hər bir vətəndaşın müraciət və istəyi diqqətlə dinlənilib. Qəbula gələn vətəndaşlar tərəfindən əsasən uşaqla ünsiyyət, məişət zorakılığı, məşğulluq, əlilliyin təyin olunması və sair barədə müraciətlər olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır