CƏMİYYƏT


Qadın sahibkar: Çətinliklərə baxmayaraq işindən zövq almağı bacarmalısan

Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artırılması və sahibkarlıq fəaliyyətlərinə yiyələnməsi dövlətin əsas prioritet siyasətindən biridir. Ölkəmizdə müstəqillik bərpa ediləndən sonra qadınlar kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri öz brendini yaradaraq onlayn şirniyyat satışı ilə məşğul olan qadın sahibkar Samirə Nəbiyeva ilə görüşüb, onun fəaliyyəti ilə maraqlanıb.