CƏMİYYƏT


Şəhid Nurlan Rzayevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Rzayev Nurlan Usub oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Nurlan Rzayevin anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, kənd məktəbinin kollektivi, Füzuli rayonun axundu, döyüş yoldaşları, şəhid ailələri, l və ll Qarabağ müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır