Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dar küçələrdə zibillərin daşınması üçün maraqlı üsul

26.05.2022 [14:24]

Türkiyənin Elazığ şəhərinin Maden rayonunda dar küçələrə zibil maşınlarının girə bilmədiyindən unikal vasitədən istifadə olunur. Belə ki, küçələrdəki zibillər rayon yaranandan bəri Maden Rayon Bələdiyyəsinə “daimi əsaslarla işə götürülən” eşşəklər tərəfindən daşınır.