CƏMİYYƏT


Göyçay çayında sel sularının dağıtdığı bənd bərpa edilib

Son günlər havaların yağmurlu keçməsi səbəbindən Göyçay çayında suyun səviyyəsi ötən gün səhər saatlarından xeyli artıb. Nəticədə Ucar rayonunun Lək kəndindən keçən hissəsində çay məcrasından çıxıb.
AZƏRTAC xəbər verir ki, sel kənd istiqamətində bəndi yarıb. Təhlükənin ciddiliyi nəzərə alınaraq hadisə yerinə Ucar Rayon Suvarma Sistemləri İdarəsinin Sabirabad və Zərdab rayonlarının müvafiq qurumlarının canlı qüvvəsi və onlarla texnikası cəlb olunub, yarılan bənd bərpa edilib.