RƏSMİ


Zəngilan məscidinin tikintisi ilə tanışlıq olub, İşğal və Zəfər muzeylərinin təməli qoyulub, şəhərin Baş planı təqdim edilib

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.