SİYASƏT


Müstəqillik Günü və Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib

Azərbaycanın İspaniyadakı səfirliyi 28 May – Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır