SİYASƏT


AZƏRTAC, Çin səfirliyi və Konfutsi İnstitutunun birgə təşkil etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 27-də AZƏRTAC-ın inzibati binasında Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Dostluq və gələcək” mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi və səyyar sərginin açılışı keçirilib.Tədbir Çinin Azərbaycandakı səfirliyi, AZƏRTAC, Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə reallaşıb.