DÜNYA


1959-cu il model avtomobilini 25 il sonra qarajından çıxardı

Türkiyədə yaşayan 80 yaşlı Cafer Öçgüdek 1978-ci ildə 1959-cu il model “Mercedes” markalı avtomobil alıb. Avtomobilindən uzun müddət istifadə etdikdən sonra işləmək üçün xaricə gedən Öçgüdek bu müddət ərzində avtomobilini qarajda gizlədib. Türkiyəyə qayıtdıqdan sonra 44 il əvvəl aldığı avtomobili qarajdan çıxaran Öçgüdekə antikvar adlandırıla biləcək avtomobili təmir olunaraq yollara qaytarılıb.