CƏMİYYƏT


Bu il alça bağlarında həm yüksək məhsuldarlıq var, həm də tələbat çoxdur

Yeyilərkən ağız turşudan, çoxumuzun sevdiyi meyvə olan alça ən çox yaşıl halda istehlak edilir. Uşaqdan böyüyə hər kəsin sevimli yaz qidası, bu fəslin ən çox istifadə edilən meyvəsidir.AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunda da artıq bir müddətdir alça bağlarından yığıma başlanılıb. Havalar yağıntılı keçdiyindən alça ağacları da yaxşı bar gətirib. Amma bol məhsul götürmək üçün bu, kifayət etmir. Alça ağaclarından istənilən məhsuldarlığı əldə etmək üçün aqrotexniki qulluq da vacib şərtlərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır