CƏMİYYƏT


Fransız ekspertlər Avropada islamofobiyanın səbəbləri barədə - AZƏRTAC-ın araşdırması

Son aylar Avropada islamofobiya getdikcə artır və islamofob meyillər özünü açıq şəkildə büruzə verməkdədir. “Köhnə qitə”nin müxtəlif ölkələrində mütəmadi olaraq məscidlərə hücumlar edilir, müxtəlif karikaturalar yayımlanır, müsəlmanların müqəddəs kitabı yandırılır, digər təxribatlar törədilir. Ancaq demokratiyadan danışan Avropa belə qəbuledilməz addımları ifadə, söz azadlığı ilə pərdələyir. Dini qarşıdurma kimi təhlükəli hallara gətirib çıxara biləcək belə təxribatlarından daha acınacaqlısı isə odur ki, belə hallar təşviq edilir, bəzən bu aktları törədənlər mühafizə olunur və cəzasız qalır. Cəzasızlığın nəticələri isə hamıya bəllidir. Dini zəmində olan belə təxribatçı hərəkətlərin hətta bəzi ölkələrdə dövlət səviyyəsində dəstəklənir.