CƏMİYYƏT


Xaçmazda Qadın Resurs Mərkəzi istifadəyə verilib

Mayın 31-də Xaçmazda Qadın Resurs Mərkəzi istifadəyə verilib.
Açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Anar Orucov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) missiya direktoru Cey Sinqx, BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi iştirak ediblər.