CƏMİYYƏT


Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 31.9 faizi tütün məmulatlarından istifadə edir

Mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Qəhrəman Haqverdiyev İSİM tərəfindən tütünlə mübarizə məqsədilə bir neçə sayt və mobil tətbiq yaradıldığını bildirib. O, mərkəzin "Qaynar xətt"inin fəaliyyət göstərdiyini və siqareti tərgitmək istəyənlərə tövsiyələr verildiyini vurğulayıb.