CƏMİYYƏT


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvanın “Bizim Ev” uşaq mərkəzində bayram tədbiri keçirib

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Moskvanın “Bizim Ev” ailə tərbiyəsinə dəstək mərkəzində uşaqlar üçün bayram tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Moskva Kukla teatrı uşaqlara “Qırmızı gül” tamaşasını təqdim edib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirib ki, “Bizim ev” mərkəzi ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi uzun illərdir əməkdaşlıq edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dəfələrlə mərkəzdə olub, uşaqlarla görüşüb. Mərkəzin yetirmələri də Bakıya səfər ediblər, Bakıdakı 1 saylı uşaq evinin qonağı olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır