Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda elmi-praktiki konfrans: “Ürəklərdə yaşayan Sabir”

01.06.2022 [11:19]

Xəbərin mətni

Mayın 31-də Şamaxıda Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Sabir” mövzusunda elmi-praktiki konfrans və “Mirzə Ələkbər Sabir -160” kitabının təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev-muzeyinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.