CƏMİYYƏT


Binəqədi rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Paytaxtın Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini Raul Şərifov tutulub. Onun üzərindən ümumilikdə 50 qrama yaxın heroin və metamfetamin aşkar olunub. Polis İdarəsində aparılan əlavə araşdırmalar zamanı Raul Şərifova narkotik vasitələri satan tanışı Bakı şəhər sakini Rəşad Ələkbərov da keçirilən əməliyyat zamanı saxlanılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır