SİYASƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunun hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.