DÜNYA
Çində 6,1 bal gücündə zəlzələ insan tələfatına səbəb olub
01.06.2022 [19:14]
Çinin cənub-qərbindəki Siçuan vilayətində 6,1 bal gücündə zəlzələ olub. AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Yaan şəhərinin Luşan rayonunda yerli vaxtla saat 17:00 (Bakı vaxtı ilə 13:00) radələrində baş verib. Təbii fəlakət nəticəsində Luşan rayonunda 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yaşayış binalarına, fərdi evlərə və infrastruktura ziyan dəyib. Hadisə yerinə 1400 nəfərdən çox yanğınsöndürən cəlb olunub. Yaan şəhər hökuməti 2-ci dərəcədə fövqəladə hazırlıq elan edib. Hazırda ərazidə axtarış işləri aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.06.2022 [18:07]
30.06.2022 [17:33]
04.07.2022 [18:03]
08.06.2022 [16:56]
08.06.2022 [13:26]
03.07.2022 [12:59]
30.06.2022 [12:30]
04.07.2022 [15:29]
23.06.2022 [14:55]
02.07.2022 [20:28]
02.07.2022 [19:37]
02.07.2022 [19:02]
02.07.2022 [18:47]
04.07.2022 [20:18]