Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Efes-2022” təlimində növbəti mərhələ üzrə tapşırıqlar icra edilib

02.06.2022 [09:51]

Xəbərin mətni

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib.Beynəlxalq təlimin planına uyğun olaraq iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Bölmənin digər videoları