Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zeytun ağaclarını suvarmaq üçün qazdığı quyudan neft çıxdı

02.06.2022 [14:15]

Türkiyənin Manisa şəhərində zeytun ağaclarını suvarmaq üçün qazılan quyudan neft çıxıb. Mustafa Yüksələ aid zeytun bağında 204 metrlik quyudan yanar qara maddə çıxdıqdan sonra araşdırma aparılıb. Məlum olub ki, mayenin 94 faizi su, 6 faizi keyfiyyətli neftdir.