DÜNYA


Londonda Kraliça II Elizabetin hakimiyyətinin 70-ci ildönümü şərəfinə parad keçirilir

Londonda Böyük Britaniya Kraliçası II Elizabetin taxta çıxmasının platin yubileyi şərəfinə təntənəli parad keçirilir.
AZƏRTAC Böyük Britaniya mediasına istinadla xəbər verir ki, tədbirdə kraliyyət silahlı qüvvələrinin müxtəlif bölmələrindən 1,5 mindən çox hərbçi və 400 musiqiçi iştirak edir. Yürüş ənənəvi olaraq Buckingham sarayından başlayıb və süvari qvardiyanın parad meydançasında başa çatacaq. Paradı 96 yaşlı Kraliça Elizabetin adından onun oğlu Uels şahzadəsi Çarlz qəbul edəcək.