CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə 46 narkotacir tutulub

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 46 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 101 kiloqram narkotik vasitə və psixotrop maddə, 6604 ədəd psixotrop tərkibli həb, 500 ədəd kultivasiya edilmiş çətənə kolu, həmçinin 3 ədəd müxtəlif markalı tapança, 70 ədəd patron və patron daraqları aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır