Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda qazıntı işləri zamanı çox sayda tarixi əsər tapılıb

02.06.2022 [18:24]

Xəbərin mətni

İstanbulun Haydarpaşa dəmir yolu stansiyasının ərazisində aparılan qazıntı işləri zamanı çox sayda tarixi tikili, əsər və sikkə tapılıb.
AZƏRTAC xəbər verir ki, qazıntıların aparıldığı İstanbulun antik dövrlərdə “Khalkedon” olaraq bilinən tarixi Kadıköy bölgəsi Roma, Bizans və Ellinistik kimi dövrlərə şahidlik edib. Hazırda aşkarlanan bu tarixi əsərlər isə ən dərini beş metr olan qazıntılarla gün işığına çıxarılıb.