CƏMİYYƏT


Media nümayəndələri ölkəmizin mühüm hidrotexniki qurğularından olan Taxtakörpü su anbarında

Son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə Taxtakörpü su anbarına təşkil olunan mediaturda məlumat verilib.