DÜNYA


Çində zəlzələ səbəbindən 14,4 mindən çox insan fəlakət zonasında qalıb

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş verən güclü zəlzələ səbəbindən 14,4 mindən çox insan fəlakət zonasında qalıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı güclü seysmoloji aktivliyin qeydə alındığı Yan şəhərinin administrasiyası yayıb. Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına 7,8 mindən çox insan, o cümlədən təcili yardım xidmətləri, həkimlər və hərbçilər cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır