DÜNYA


Çinlilər ənənəvi Duanu bayramını qeyd edir

Çin xalqı ənənəvi bayramlarından biri olan Duanu festivalını qeyd edir.
AZƏRTAC xəbər verir ki, bayramla əlaqədar ölkənin müxtəlif yerlərində şənliklər, mərasimlər, yarışlar təşkil olunur. Epidemik vəziyyətlə əlaqədar kütləvi mərasimlər keçirilməyib, bayramın əsas elementi olan qayıq yarışları isə məhdud sayda iştirakçı ilə təşkil olunub.