CƏMİYYƏT


Nigar Fərhad: Xaricə oxumağa üz tutan gənclər əldə etdikləri bilikləri Vətənində sərf etsinlər

Xaricə oxumağa üz tutan gənclər əldə etdikləri bilikləri Vətənində sərf etsinlər. Bu fikirləri “AID GROUP” şirkətinin rəhbəri, sahibkar xanım Nigar Fərhad bildirib. Sahibkar xanım qeyd edib ki, gənclər ali təhsil, yaşamaq və ya çalışmaq üçün digər ölkələrə üstünlük verirlər. Çox zaman təhsil aldıqdan sonra həmin ölkədə qalıb çalışırlar. Elə etməliyik ki, xaricə oxumağa üz tutan gənclər əldə etdikləri bilikləri, təcrübəni Vətənində sərf etsinlər. Onun sözlərinə görə, vətənpərvərlik tərbiyəsi vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlətin gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir.