Çində qatar relsdən çıxaraq aşıb: ölən və yaralananlar var
04.06.2022 [15:34]
Xəbərin mətni
Çində sürətli qatarın relsdən çıxaraq aşması nəticəsində maşinist ölüb, bir bələdçi və 7 sərnişin xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin dəmir yolları qurumu açıqlama yayıb. Quyyan şəhərindən Quancou şəhərinə gedən qatar yerli vaxtla saat 10:30-da Quycou vilayətinin Roncian rayonunda relsdən çıxıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.