Abşeron rayonunda vətəndaşın evinin həyətinə girən ayı balasını polislər müvafiq dövlət orqanına təhvil veriblər
04.06.2022 [17:48]
Xəbərin mətni
Bu gün Abşeron rayonunun Saray qəsəbəsində yaşayan bir vətəndaş Daxili İşlər Nazirliyinin 102 - Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayon polis idarəsinin saray polis bölməsinin əməkdaşları həmin ünvana yollanıb.Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.