CƏMİYYƏT


Naxçıvanda “Göycə” festivalı keçirilir

Bu gün Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Göycə” festivalı keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iyunun 5-də başa çatacaq festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçirilir.