DÜNYA


Çin növbəti kosmonavt qrupunu orbitə göndərib

Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan “Şencou-14”ə (“Shenzhou-14”) start verilib.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F” (Long March-2F) raketdaşıyıcısının buraxılışı yerli vaxtla iyunun 5-də saat 10:44-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub. “Şencou-14” gəmisində kosmonavtlar Çen Don (heyətin komandiri), Lyu Yan və Çay Suce orbitə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır