DÜNYA


Banqladeşdəki yanğında ölənlərin sayı 25 nəfərə çatıb

Banqladeşin Çittaqonq şəhərinin ətrafında yerləşən konteyner anbarında baş verən yanğında ölənlərin sayı 25 nəfərə çatıb.
Bunu Banqladeşin Səhiyyə Departamentinin direktoru Həsən Şəhriyar deyib.Qeyd edək ki, yanğın şənbə günü yerli vaxtla axşam saat 9 radələrində başlayıb və gecə yarısı anbarda güclü partlayış olub. Partlayışdan sonra yanğın sürətlə yayılıb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri sınıb.