DÜNYA


Almaniyada qatarın aşması nəticəsində 5 nəfər həyatını itirib, 44 nəfər xəsarət alıb

Almaniyada sərnişin qatarının qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib. Onların arasında ölkələrində gedən hərbi əməliyyatlarla bağlı evlərini tərk edən iki Ukrayna vətəndaşı da olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ukraynalı qaçqınlar Almaniyanın cənubunda onlara müvəqqəti sığınacaq verən ailələrdə yaşayırmışlar.