CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirləri fasiləsiz davam etdirir.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə DYNX tərəfindən vətəndaşların müraciəti əsasında aparılmış plandankənar yoxlama zamanı paytaxtın Nizami rayonunda Babək prospekti 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır