CƏMİYYƏT


Ağalı kənd sakinlərinin qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən videoçarx hazırlanıb

Ağalı kənd sakinləri qayıdışa hazırlaşırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən ilk videoçarxı təqdim edib. Videoçarxın qəhrəmanları kəndin sakinləri Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir.