DÜNYA


Britaniyada bayram iştirakçılarını Kraliça II Elizabetin holoqramı salamladı

Britaniya Kraliçası II Elizabetin hakimiyyətinin platin yubileyi münasibətilə keçirilən bayram yürüşündə tədbir iştirakçılarını Kraliçanın özü yox, holoqramı salamlayıb. Onun gənc təsviri qızılı faytonun pəncərəsində görünüb. Məlumata görə, dörd gün davam edəcək bayram şənliklərinin təşkili 15 milyon funt sterlinqə başa gəlib.