Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə leysan yağışlar fəsadlara səbəb oldu

07.06.2022 [12:30]

Türkiyənin Dənizli bölgəsində dolu və leysan çayın daşmasına səbəb olub. Qaraçayın öz mənsəbindən çıxması nəticəsində evlər və əkin sahələri suyun altında qalıb. Sel həmçinin heyvan təsərrüfatlarına da ziyan vurub, mal-qaranı tələf edib.