Beyləqanda “Dirimiz əsgərdir, ölümüz şəhid” adlı abidə inşa olunub
07.06.2022 [16:25]
Xəbərin mətni
Beyləqan rayonu Orta Əlinəzərli kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə inşa olunub. “Dirimiz əsgərdir, ölümüz şəhid” adlı abidədə 1-ci və 2-ci Qarabağ müharibəsində və Aprel döyüşlərində şəhid olan Orta Əlinəzərli kəndinin qəhrəmanlarının fotoları əksini tapıb.